İsmayıllıda həkim-pediatr və ailə həkimi-pediatrlardan ibarət briqadalar fəaliyyətini davam edir. Bu haqda ShimalNews 25 iyun tarixində məlumat verir.
Basqal Həkim Məntəqəsinin təşkilatçılığı ilə ailə həkimi-pediatr Fikrət Osmanov və ailə həkimi-terapevt Xatirə Ağayeva Zeyvə kəndində əhalini və uşaqları müayinə ediblər.
Məqsəd rayonun bütün yaşayış məntəqələrində yaşayan əhaliyə göstərilən tibbi xidmətə, o cümlədən uşaqların profilaktik peyvənd işlərinə və azyaşlı uşaqlar, hamilə və zahı qadınlar üçün ev ziyarəti xidmətinə nəzarəti gücləndirməkdir.