İsmayıllı rayonunun meşə ərazilərində ekoloji aksiya baş tutub. Bu haqda ShimalNews 29 iyul tarixində məlumat verir.
“Təmiz ölkəm” devizi altında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin yerli qurumlarının əməkdaşlarının, yerli icra hakimiyyəti orqanlarının, bələdiyyələrin, gənclər evlərinin, yerli kommunal müəssisə kombinatlarının nümayəndələrinin, “Kapital Bank” ASC-nin əməkdaşlarının, könüllülərin və sakinlərin iştirakı ilə iməcilik keçirilib. Həmin vaxt məişət tullantıları yığılaraq ərazilərdən daşınıb.