İsmayıllı Dövlət Peşə Təhsil Mərkəzində ilk dəfə tələbələrin təqdimatında "Excel bacarıqları" mövzusunda seminar keçiriləcək. Bu haqda ShimalNews 8 may tarixində məlumat verir.
Tədbir mayın 10-u saat 11:00-da keçiriləcək. Burada informasiya texnologiyaları istiqamətində təhsil alan tələbələr “Excel” proqramının imkanlarından istifadə etməklə əldə etdikləri bacarıqları nümayiş etdirəcəklər.