İsmayıllının Qoydan kəndində torpaq sürüşməsi insanların həyatı üçün təhlükə yaradıb. Bu haqda ShimalNews 26 iyun tarixində “Bizim.Media”ya istinadən məlumat verir.
Sakinlərin sözlərinə görə, onlar yaşayış yerlərini tərk edirlər. Səbəb isə torpaq sürüşməsinin təhlükəli həddə çatmasıdır. Bir neçə gün öncə onlar aidiyyəti üzrə müraciət etsələr də, hələ ki ərazidə heç bir iş görülməyib. Vəziyyət isə günü-gündən çətinləşməyə davam edir.