İsmayıllıda doğuş zamanı körpə ölümü ilə bağlı yayılan məlumat həqiqəti əks etdirmir.
Bu barədə Shimal.News-un sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) bildirilib:
"Doğuş zamanı çəkisi 4000 qram, boyu 52 santimetr olan oğlan uşağı dünyaya gəlib. Doğuş zamanı və doğuşdan sonra uşağın səhhətində hər hansı bir problem qeydə alınmayıb. Lakin yanvarın 24-də yenidoğulmuşda gözlənilmədən klinik vəziyyətin ağırlaşması baş verib. Aparılan reanimasiya tədbirlərinə baxmayaraq, körpənin həyatını xilas etmək mümkün olmayıb".