İsmayıllı Dövlət Peşə Təhsil Mərkəzində ustad dərsi keçiriləcək. Bu barədə ShimalNews 10 may tarixində məlumat verir.
Seminar mayın 11-i saat 10:00-da baş tutacaq. Təlim Azərbaycan Milli Kulinariya Assosiasiyasının prezidenti Tahir Əmiraslanov tərəfindən aparılacaq. Burada qida sənayesi sahəsində xidmət göstərən işəgötürən müəssisələrin nümayəndələri də iştirak edəcək.