İsmayıllı Dövlət Peşə Təhsil Mərkəzində Gənc Kulinarların VI Respublika Çempionatının birinci mərhələsi keçirilib. Bu haqda ShimalNews 15 may tarixində məlumat verir.
“Qərbi Azərbaycanın şirin inciləri” qrant layihəsi çərçivəsində 40 adda şirniyyatlar hazırlanaraq sərgilənib. Eləcə də 35 nəfər iştirakçı üçün ustad dərsi keçirilib. Sonda qalib komandalar diplomlarla, sertifikatlarla və medallarla təltif ediliblər.
Müsabiqədə, eyni zamanda ilk dəfə olaraq, qida fotoqrafları yarışıblar.