İsmayıllı rayonunun Diyallı kəndi ərazisində odlu silah-sursat tapılıb.
Shimal.News xəbər verir ki, bu barədə polisə məlumat daxil olub.
Şöbə əməkdaşları çay kənarına baxış keçirdikdə, oradan “Kalaşnikov” markalı avtomat, daraq və patronlar aşkarlanaraq götürülüb. Silah-sursat ekspertizaya göndərilib.
Araşdırmalar aparılır.