İsmayıllıda fövqəladə hal qeydə alınıb. Bu barədə ShimalNews 25 iyul tarixində məlumat verir.
N.Salbuzov küçəsində rayon sakini Bəxtiyar İsmayılovun evini ildırım vurub. Nəticədə tikilinin damı yanıb.
Əraziyə Fövqəladə Hallar Nazirliyinin yanğından mühafizə bölmələri cəlb edilib. Ətrafdakı tikililər yanğından mühafizə olunub, alov söndürülüb.