top
İsmayıllıda heç bir rəsmi xəbərdarlıq olmadan 17 nəfəri işdən çıxarıblar - FOTO
22 mart 2025, 15:19
- ↺ +

İsmayıllıda heç bir rəsmi xəbərdarlıq olmadan 17 nəfəri işdən çıxarıblar - FOTO

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

“Mən illərdir ki, İsmayıllı rayon Heydər Əliyev adına Mədəniyyət Mərkəzində sintezator ifa edirdim. Bu ilin yanvarında isə heç bir rəsmi xəbərdarlıq olmadan işdən azad edilmişəm”.

Bu şikayətlə “Qafqazinfo”ya İsmayıllı rayon sakini, birinci qrup əlil İlham Kamil oğlu Dadaşov müraciət edib.

Onun sözlərinə görə, Mərkəzdə “Niyal” İnstrumental ansamblının tərkibində müşayiətçi vəzifəsində çalışıb. O iddia edir ki, rəsmi xəbərdarlıq olmadan daha 17 nəfərin işinə xitam verilib: “2013-cü ildən 2018-ci ilə kimi işləmişəm. Həmin vaxt da ixtisar olan zaman işdən çıxarılmışdım. Onda Əmək Məcəlləsində yazılan qanunu bilmirdim. 2022-ci ildə yenidən müraciət etdim. Nəhayət 2023-cü ilin yanvarın 1-i mədəniyyət naziri Adil Kərimlinin təqdimatı ilə İsmayıllı rayon Heydər Əliyev adına Mədəniyyət Mərkəzinə “Niyal” İnstrumental ansamblına yenidən işə bərpa olundum. 2025-ci ilin yanvarın 6-sı günü belə bir haqsızlıqla üzləşdim. Dağlıq Şirvan Regional Mədəniyyət İdarəsinin rəisi Vasif Qurbanzadə İsmayıllı rayonunda 17 nəfər vətəndaşa heç bir rəsmi xəbərdarlıq etmədən işdən azad etməklə bağlı 3 gün qalmış şifahi xəbərdarlıq edib. Hansı qanunda yazılıb ki, rəsmi xəbərdarlıq olmadan işçini işdən azad edəsən?!”

Şikayətçi deyir ki, dəfələrlə müraciət etsələr də, rəsmi heç bir cavab verilmir: “İşdən çıxarılan vətəndaşların arasında 1-ci qrup fiziki məhdudiyyətli əlil, 2 nəfər İkinci Qarabağ müharibəsi qazisi, müharibə veteranı və şəhid bacısı var. Dəfələrlə müraciət etməyimə baxmayaraq, heç bir rəsmi cavab vermirlər. Hətta dəfələrlə demişəm, ölkə başçısının sərəncamı var ki, əlilliyi olan vətəndaşlar işləmək üçün müraciət edərlərsə, onu işə qəbul etməyənlər inzibati məsuliyyətə cəlb olunaraq barələrində müvafiq tədbir görüləcək”.

İlham Dadaşov səhhətindəki problemin 2011-ci ildə yarandığını əlavə edib: “2006-cı ildə hərbi xidmət zamanı döyüş bölgəsində-Tərtərdə təlimdə yıxıldım, onurğam zədələndi. Təsirini həmin an göstərmədi. Ağrı ilə xidməti başa vurduqdan sonra, 2011-ci ildən vəziyyətim tədricən ağırlaşdı. Həmin ildən 2018-ci ilə kimi 2-ci qrup əlillik təyin edilmişdi. 2019-cu ildən isə 1-ci qrup əlillik təyin olunub. Əlil arabasında olmuşam və komissiya rəy verib ki, oturaq vəziyyətdə yüngül işlərdə işləyə bilər”.

Məsələ ilə bağlı Mədəniyyət Nazirliyinə sorğu ünvanladıq. Nazirlikdən müraciətimizə belə cavab verildi: “Təəssüflə bildiririk ki, 2025-ci ildən ştatdankənar vəzifələr üzrə əməyin ödənişi sistemində dəyişikliklər edildiyi üçün bu kateqoriyadan olan şəxslərin cari ildən əmək müqaviləsinin uzadılması qeyri-mümkündür”.

 

 

 

Son xəbərlər

Cəmiyyət
Bu gün, 00:01

Vətən müharibəsinin 36-cı günü: XRONİKA

Hadisə
Dünən, 20:38

Anbardar iş adamını aldatdı - 1 milyon manatlıq dələduzluq

Cəmiyyət
Dünən, 19:38

Qusarlı şagird beynəlxalq yarışmada qızıl medal qazandı

Cəmiyyət
Dünən, 18:36

Şəhidlərin xatirəsinə minlərlə addım: Şəhid nəvəsi Qubadadır

Hadisə
Dünən, 18:00

İsmayıllıda oğul içkili atasını öldürdü

Cəmiyyət
Dünən, 17:20

MKA "Apple" cihazlarında təhlükəsizlik boşluğu ilə bağlı istifadəçilərə növbəti dəfə xəbərdarlıq edib

İdman
Dünən, 16:30

Zaqatalalı idmançı ikiqat Avropa çempionu oldu

Cəmiyyət
Dünən, 15:37

Palçığa batan kənd: Bu yoldan kim keçə bilər?

Cəmiyyət
Dünən, 14:45

Zaqatalada qaz olmayacaq

Hadisə
Dünən, 14:00

Şəkidə icra nümayəndəsi bələdiyyə sədrinin başına butulka çırpdı

Cəmiyyət
Dünən, 13:06

Qubanın məşhur alması təhlükədə: Fermerlər minlərlə manat zərərdədir

Cəmiyyət
Dünən, 12:38

Qubada bu məktəb və bağçaların adları dəyişdirilib

Hadisə
Dünən, 11:41

Bakı-Quba yolunda ağır qəza: avtomobil aşdı

Cəmiyyət
Dünən, 11:01

Şahdağa qar yağıb

Cəmiyyət
Dünən, 10:25

SHXÇDX rəisi Qəbələdə vətəndaşları qəbul edəcək

İdman
Dünən, 09:31

"Qəbələ" "Qarabağ"la üz-üzə gələcək

Hadisə
Dünən, 00:01

Vətən müharibəsinin 35-ci günü: XRONİKA

İqtisadiyyat
30 oktyabr 2026, 17:51

Qəbələ və Ağsuda iri su layihələri həyata keçirilir - FOTO

Faydalı
30 oktyabr 2026, 17:47

Dövlətdən dəstək alan Vətən müharibəsi iştirakçısı Qubada biznesini genişləndirib

Bütün xəbərlər
30 oktyabr 2026, 16:53

Şəkidə avtomobil aşdı

Cəmiyyət
30 oktyabr 2026, 16:20

"Shimal.News" yazdı, qurumlar hərəkətə keçdi

Faydalı
30 oktyabr 2026, 15:21

Bakı-Balakən qatarı BU TARİXDƏN yenidən fəaliyyətə başlayır

Kriminal
30 oktyabr 2026, 14:21

Qaxda silsilə oğurluq edən şəxs tutulub

Cəmiyyət
30 oktyabr 2026, 14:00

Noyabrda Şimalın havası necə olacaq?

Oxşar xəbərlər