İsmayıllı rayonunda azyaşlının ölümü ilə nəticələnən bədbəxt hadisə baş verib.
Shimal.News xəbər verir ki, hadisə rayonun Talıstan kəndində qeydə alınıb.
Məlumata görə, 5 yaşlı T. Teymurlu kənddə yerləşən fərdi yaşayış evlərindən birinin həyətindəki hovuzda olarkən boğularaq həyatını itirib.
Hadisənin başvermə səbəbləri araşdırılır.