İsmayıllı şəhərində yanğın hadisəsi baş verib. Bu barədə ShimalNews 7 may tarixində məlumat verir.
Ümumi sahəsi 72 kv.m olan birmərtəbəli evin yanar konstruksiyaları yanıb. Əraziyə Fövqəladə Hallar Nazirliyinin yanğından mühafizə bölmələri cəlb olunub. Bitişik talvar yanğından mühafizə olunub və alov söndürülüb.