İsmayıllı rayonunda ölümlə nəticələn dəhşətli hadisə baş verib.
Teleqraf.az-ın məlumatına görə, hadisə fevralın 17-də saat 16 radələrində Buynuz kəndinin ərazisində qeydə alınıb.
İSMAY “Körpü-Bina-Tikinti” MMC tərəfindən yenidənqurma işləri aparılarkən, tikintidə çalışan Goranboy rayon sakini 37 yaşlı Rəşad Nadir oğlu Eminovun üzərinə armaturlar aşıb. Nəticədə o, vəfat edib.