İsmayıllı Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat zamanı narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olan əvvəllər də dəfələrlə məhkum olunmuş Namiq Əsədov saxlanılıb.
ShimalNews Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinə istinadən xəbər verir ki, meşə massivində 21 ədəd çətənə kolu aşkar olunub. Həmin bitkilər aqrotexniki qulluq göstərilərək yetişdirilib.
N.Əsədov barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
[video width="1920" height="1080" mp4="https://shimal.news/storage/photos/2024/09/Narkotik-sroy1.mp4"][/video]