İsmayıllı rayonunun Talıstançay ərazisində beton-bəndin tikinti işləri aparılır.
Shimal.News xəbər verir ki, işlər İsmayıllı Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin əməkdaşları tərəfindən icra olunur. Bu bənd şəhəri sel sularından qorumaq məqsədilə inşa edilir.
Rayon ərazisində daşma təhlükəsi olan çaylar daha çox Talıstançay, Girdimançay və Gülyançay hesab edilir. Payızın gəlişi bu və digər çaylarda bir sıra fəsadlar törədir.
