top
İsmayıllıda bələdiyyə sədri həbs edilib
05 sentyabr 2024, 13:04
- +

İsmayıllıda bələdiyyə sədri həbs edilib

İsmayıllıda bələdiyyə sədri cinayət məsuliyyətinə cəlb edilib.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, ona vəzifə səlahiyyətlərini aşma, külli miqdarda rüşvət alma və vəzifə saxtakarlığı maddələri ilə ittiham elan olunub.

Diyallı bələdiyyəsinin sədri olan Cahangir Surxayev məhkəməyə çıxarılıb. İbtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror təqsirləndirilən şəxsin həbsini tələb edib.

Binəqədi Rayon Məhkəməsi verilmiş ittihamların ağırlığını və təqsirləndirilən şəxsin istintaqdan yayınma ehtimalını nəzərə alaraq təqdimatı təmin edib. Qərara əsasən, C.Surxayev haqda 4 aylıq həbs qətimkan tədbiri seçilib.

Qeyd edək ki, bələdiyyə sədri ilə birgə İsmayıllı şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəsi Əlişir Süleymanov da saxlanılmışdı. O, eyni zamanda Azərbaycan Ordusunun ehtiyatda olan polkovnik-leytenantıdır. Ə.Süleymanov haqda hələ ki, məhkəməyə təqdimat daxil olmayıb.

Xatırladaq ki, ötən ilin yayında bu bələdiyyə sədri ağacları kəsdiyi üçün məsuliyyətə cəlb edilmişdi. Faktla bağlı akt tərtib edilmiş, məsələyə hüquqi qiymət verilməsi üçün toplanmış sənədlər Baş Prokurorluğa göndərilmişdi.

Son xəbərlər

Hadisə
Bu gün, 10:00

Zaqatalada 60 yaşlı kişinin meyiti tapıldı

Hadisə
Dünən, 17:57

Qəbələdə qanunsuz tikinti söküldü

Cəmiyyət
Dünən, 17:00

Baytar həkim tapa bilirsiniz?

Hadisə
Dünən, 16:20

Qubalı gənc 40 gündən çoxdur itkindir

Cəmiyyət
Dünən, 15:20

Velosiped zolağı Xudata rahatlıq gətirdi, yoxsa problem?

Cəmiyyət
Dünən, 14:20

Quba və Xaçmazın bəzi kəndlərində qaz kəsiləcək

Cəmiyyət
Dünən, 14:20

Qaxlı şəhid gizirimizin doğum günüdür

Cəmiyyət
Dünən, 13:23

Zaqatalanın kəndləri 10 gündən çoxdur susuz qalıb

Cəmiyyət
Dünən, 12:40

Xaçmazda yol və elektrik problemi sakinləri bezdirib

Hadisə
Dünən, 11:43

İsmayıllıda iki maşın toqquşdu: Ölən var

Cəmiyyət
Dünən, 10:58

Azərbaycanda nikah və boşanmaların sayı açıqlanıb

Cəmiyyət
Dünən, 10:00

Azərbaycan əhalisinin sayı açıqlanıb

Cəmiyyət
Dünən, 09:10

İsmayıllının bu kəndi qazsız, susuz, internetsiz yaşayır

Cəmiyyət
20 iyul 2026, 18:10

Qubada fotoqrafın 10 min manatlıq avadanlığı itdi: Kömək gözləyir

Cəmiyyət
20 iyul 2026, 17:40

Rəşad Nəbiyev Xaçmazda vətəndaşları qəbul edib

İqtisadiyyat
20 iyul 2026, 16:50

Xaçmazda heyvan bazarı fəaliyyətə başladı

Hadisə
20 iyul 2026, 15:50

Xaçmazda sahibsiz itin imdadına xilasedicilər yetişdi

Cəmiyyət
20 iyul 2026, 14:54

Aylar keçdi, problem qalır: Xaçmazda zibil poliqonu kəndliləri boğur

Cəmiyyət
20 iyul 2026, 13:56

Kənd Təsərrüfatı Nazirliyi fermerlərə müraciət etdi

Hadisə
20 iyul 2026, 13:00

Qubada FACİƏ: 44 yaşlı kişi kanalda boğuldu

Hadisə
20 iyul 2026, 12:10

Qubada polis əməliyyatı: Saxlanılan var

Hadisə
20 iyul 2026, 11:10

İsmayıllıdakı ağır qəzada ölən 23 yaşlı Nihadın fotosu

Cəmiyyət
20 iyul 2026, 10:14

Rayonlara leysan yağır

Hadisə
20 iyul 2026, 09:48

İsmayıllıda qəza olub, xəsarət alan var

Oxşar xəbərlər