Fövqəladə Hallar Nazirliyi İsmayıllıda obyeklərin yanğın təhlükəsizliyini yoxlayıb.
ShimalNews quruma istinadən xəbər verir ki, “Sandal” ayaqqabı təmiri və tikiş sexində yanğın təhlükəsizliyi sahəsində çoxsaylı nöqsanların mövcud olduğu, həmin nöqsanların insan həyatı və ya sağlamlığına, ətraf mühitə və dövlətin əmlak maraqlarına birbaşa təhlükə yaratdığı aşkar edilib.
Qeyd olunanları nəzərə alaraq sex fəaliyyətinin dayandırılması barədə Qərar qəbul olunub.

