Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən İsmayıllıda nəzarət tədbirləri keçirilib.
ShimalNews adıçəkilən quruma istinadən xəbər verir ki, Çingiz Əmirəliyev küçəsində fəaliyyət göstərən avtotəmir sexi ərazisində tullantıların qalaqlanaraq yandırılması faktları aşkar edilib.
Faktlarla bağlı müvafiq olaraq şəhər sakini Valeh Hacıyev barəsində fiziki şəxs qismində protokol tərtib olunub. Həmin şəxs qanunamüvafiq qaydada inzibati məsuliyyətə cəlb edilib.