top
İsmayıllıda arvad ərini kürəyindən bıçaqladı
04 sentyabr 2025, 12:36
- +

İsmayıllıda arvad ərini kürəyindən bıçaqladı

İsmayıllı şəhəri, Təbriz küçəsində bıçaqlanma hadisəsi qeydə alınıb.

Shimal.News xəbər verir ki, Samir Ağarzayev (soyadı şərtidir) 2015-cü ildə 1991-ci il təvəllüdlü Gülnar Ağarzayeva ilə ailə qurub və birgə nikahda iki oğlu olub. Bir müddət sonra Samir evə tez-tez içkili gəlməyə başlayıb. Daha sonra isə o, günlərlə evə gəlməyib və başqa ünvanda gecələyib. Nəticədə ailədə münasibətlər daha da gərginləşib.

Bir gün Samir yorğun halda evə gəlib yatıb. O, səhər yuxudan oyananda mobil telefonunu qoyduğu yerdə tapmayıb və Gülnardan telefonunu istəyib. Gülnar isə onun telefonundan xəbərsiz olduğunu bildirib, Samir isə yenidən yatıb. Bir neçə saatdan sonra yuxudan oyanan ər yenidən mobil telefonunu axtarıb, arvadı isə telefonu ona verməyib. Nəticədə onların arasında dava düşüb. Həmin vaxt Samir həyat yoldaşını sillə ilə vurub və evdən çıxmaq istəyib. Gülnar mətbəx bıçağını götürərək onun kürək nahiyəsinə zərbə endirib. Samir bıçağı kürəyindən çıxararaq yerə atıb və İsmayıllı Rayon Mərkəzi Xəstəxanasına gedib. Hadisə yerinə polis əməkdaşları gəliblər və faktla bağlı cinayət işi başlanaraq məhkəməyə göndərilib.

İsmayıllı Rayon Məhkəməsində keçirilən prosesdə Samirə dəymiş ziyan ödənildiyindən tərəflər arasında barışıq elan olunub. Məhkəmənin qərarı ilə cinayət işinə xitam verilib və Gülnar məsuliyyətdən azad olunub.

Son xəbərlər

Cəmiyyət
Dünən, 17:55

Qubada yola yamaq vurdular, amma dağılan hissə təmirsiz qaldı

Cəmiyyət
Dünən, 16:44

"Şəki Yaylası" faciəsində yeni detal: Qoruyucu ilə bağlı suallar yaranıb

Cəmiyyət
Dünən, 16:00

Xaçmaz və Qubanın bir sıra kəndlərində qaz olmayacaq

Kriminal
Dünən, 15:00

Şabranda vandalizm hadisələri baş verir, qədim qəbirlər qazılır

Cəmiyyət
Dünən, 14:05

Xaçmazda qəhvəyi mərmər bağacığına qarşı maarifləndirici görüşlər keçirilib

İqtisadiyyat
Dünən, 13:10

Şimalın 5 rayonunda neft qaz axtarışı aparılacaq

İqtisadiyyat
Dünən, 12:10

Prezident Administrasiyasının əməkdaşı Xudatda baxış keçirib

Cəmiyyət
Dünən, 11:28

Xaçmazda bu yolda 8 kilometr məsafəni qət etmək 40 dəqiqə çəkir

Cəmiyyət
Dünən, 10:42

Zaqatalada şəhid ailəsi ziyarət edilib, sakinlərin müraciətləri dinlənilib

Cəmiyyət
Dünən, 10:00

Şimallı igid şəhidlərimizin doğum günüdür

Hadisə
Dünən, 09:30

Qubada iki avtomobil toqquşdu – FOTO

Cəmiyyət
13 sentyabr 2026, 10:19

Qaxın dağlar qoynunda gizlənən qədim kəndi – Sarıbaş

İdman
12 sentyabr 2026, 18:02

Xaçmazda kənd stadionu yenilənərək istifadəyə verildi

Cəmiyyət
12 sentyabr 2026, 17:20

Qubada II LCOY Azərbaycan 2026: Milli Gənclər Bəyanatı hazırlanır

Cəmiyyət
12 sentyabr 2026, 16:10

Qubada işıqfor sonrası tıxac: Sürücülər problemin həllini belə görür

Cəmiyyət
12 sentyabr 2026, 15:52

Xudatda yeni istiqamət lövhələri quraşdırılır

Cəmiyyət
12 sentyabr 2026, 15:35

Qubadan olan Milix Yevdayevə yüksək dövlət ordeni təqdim edildi

Cəmiyyət
12 sentyabr 2026, 14:44

Zaqatala xəstəxanasında yanğın təlimi keçirildi

İqtisadiyyat
12 sentyabr 2026, 13:54

Zaqataladakı heyvan bazarlarının fəaliyyətinə icazə verildi

İdman
12 sentyabr 2026, 12:53

"Qəbələ" Gəncədə, "Şamaxı" Sumqayıtda – Premyer Liqada 5-ci tur

Cəmiyyət
12 sentyabr 2026, 11:52

Qubada dağ yəhudiləri 5787-ci ili qarşılayırlar – Roş ha-Şana qeyd olunur

İdman
12 sentyabr 2026, 11:12

"Zaqatala"dan qonaqlara 3 cavabsız qol – VİDEO

Cəmiyyət
12 sentyabr 2026, 10:24

İsmayıllıdan olan şəhid leytenant Elnur Səmədovun döyüş yolu

Cəmiyyət
12 sentyabr 2026, 09:18

Qusarda dövlət bayraqlarına 12 min manatdan çox pul xərclənəcək

Oxşar xəbərlər