top
İsmayıllıda alban tayfalarına aid qəbiristanlıqlar tapılıb
30 iyun 2025, 12:14
- +

İsmayıllıda alban tayfalarına aid qəbiristanlıqlar tapılıb

Azərbaycan Milli Elmlər Akademiyası Arxeologiya və Antropologiya İnstitutunun təşkilatçılığı ilə İsmayıllı rayonunda qədim alban tayfalarının izləri sənədləşdirilir. Tarix elmləri doktoru, professor Məhəbbət Paşayevanın rəhbərliyi ilə həyata keçirilən antropoloji ekspedisiya qədim alban tayfalarının tarixi-mədəni izlərinin araşdırılması baxımından mühüm nəticələr verib.

İnstitutdan Shimal.News-а verilən məlumata görə, tədqiqatlar nəticəsində Qafqaz Albaniyasının etnik, dini və mədəni mirasına dair yeni məlumatlar əldə olunub, bu sahədə elmi ictimaiyyət üçün xüsusi əhəmiyyət kəsb edən faktlar qeydə alınıb.

Ekspedisiya çərçivəsində rayonun Qalağah, Vəng, Hapıt, Gənzə, Tubukənd, Qalacıq, Qoşakənd, Mollaisaklı, Hacıhətəmli və Basqal kimi kəndlərində aparılan tədqiqatlar nəticəsində alban tayfalarına aid qəbiristanlıqlar, xaçdaşlar, ibadətgah qalıqları və məişətə dair materiallar aşkar olunub.

"Tədqiqatlar göstərir ki, İsmayıllı ərazisi alban tayfalarının sıx məskunlaşdığı və uzunmüddətli mədəni iz qoyduğu bölgədir. Aşkar edilən mədəni irs nümunələri, yerli əhalinin şifahi ənənələrində qorunan inanc sistemləri, toponimlər və mərasim adətləri bu qənaəti təsdiqləyir. Xüsusilə Qalagah, Vəng, Qoşakənd, Gənzə kimi qədim kəndlərdə qeydə alınan alban xristian simvolları, pir yerləri və memarlıq qalıqları Qafqaz Albaniyasının dini və etnik irsinə dair yeni bilgilər təqdim edir.

Qalacıq və ətraf kəndlərdə müşahidə edilən hapıt qəbirləri və erkən dövr ibadətgahlarının izləri və toponimlər bölgədə unikal etnik-mədəni təbəqələşməni göstərir. Alınan nəticələrə əsasən, alban tayfalarının etnogenetik izləri bu gün də bölgənin dialekt, etnoqrafik ənənə və mifoloji yaddaşında yaşamaqdadır", - deyə məlumatda vurğulanıb.

Elmi ekspedisiyanın rəhbəri, professor Məhəbbət Paşayeva bildirib ki, hazırda toplanmış materialların sistemləşdirilməsi və təhlili mərhələsi davam edir. Tədqiqatların nəticələri yaxın zamanda elmi məqalələr şəklində ictimaiyyətə təqdim olunacaq.

Qeyd edilib ki, bu ekspedisiya yalnız elmi deyil, həm də milli-mədəni irsin qorunması və tanıdılması baxımından mühüm addım hesab olunur. Qafqaz Albaniyasının az tədqiq olunmuş antropoloji xəritəsinə İsmayıllı rayonu kontekstində yeni bir baxış təqdim edən bu araşdırma həm yerli tarix, həm də ümumqafqaz etnogenetik prosesi üçün dəyərli töhfədir.

 

 

 

 

 

Son xəbərlər

Cəmiyyət
Dünən, 17:55

Qubada yola yamaq vurdular, amma dağılan hissə təmirsiz qaldı

Cəmiyyət
Dünən, 16:44

"Şəki Yaylası" faciəsində yeni detal: Qoruyucu ilə bağlı suallar yaranıb

Cəmiyyət
Dünən, 16:00

Xaçmaz və Qubanın bir sıra kəndlərində qaz olmayacaq

Kriminal
Dünən, 15:00

Şabranda vandalizm hadisələri baş verir, qədim qəbirlər qazılır

Cəmiyyət
Dünən, 14:05

Xaçmazda qəhvəyi mərmər bağacığına qarşı maarifləndirici görüşlər keçirilib

İqtisadiyyat
Dünən, 13:10

Şimalın 5 rayonunda neft qaz axtarışı aparılacaq

İqtisadiyyat
Dünən, 12:10

Prezident Administrasiyasının əməkdaşı Xudatda baxış keçirib

Cəmiyyət
Dünən, 11:28

Xaçmazda bu yolda 8 kilometr məsafəni qət etmək 40 dəqiqə çəkir

Cəmiyyət
Dünən, 10:42

Zaqatalada şəhid ailəsi ziyarət edilib, sakinlərin müraciətləri dinlənilib

Cəmiyyət
Dünən, 10:00

Şimallı igid şəhidlərimizin doğum günüdür

Hadisə
Dünən, 09:30

Qubada iki avtomobil toqquşdu – FOTO

Cəmiyyət
13 sentyabr 2026, 10:19

Qaxın dağlar qoynunda gizlənən qədim kəndi – Sarıbaş

İdman
12 sentyabr 2026, 18:02

Xaçmazda kənd stadionu yenilənərək istifadəyə verildi

Cəmiyyət
12 sentyabr 2026, 17:20

Qubada II LCOY Azərbaycan 2026: Milli Gənclər Bəyanatı hazırlanır

Cəmiyyət
12 sentyabr 2026, 16:10

Qubada işıqfor sonrası tıxac: Sürücülər problemin həllini belə görür

Cəmiyyət
12 sentyabr 2026, 15:52

Xudatda yeni istiqamət lövhələri quraşdırılır

Cəmiyyət
12 sentyabr 2026, 15:35

Qubadan olan Milix Yevdayevə yüksək dövlət ordeni təqdim edildi

Cəmiyyət
12 sentyabr 2026, 14:44

Zaqatala xəstəxanasında yanğın təlimi keçirildi

İqtisadiyyat
12 sentyabr 2026, 13:54

Zaqataladakı heyvan bazarlarının fəaliyyətinə icazə verildi

İdman
12 sentyabr 2026, 12:53

"Qəbələ" Gəncədə, "Şamaxı" Sumqayıtda – Premyer Liqada 5-ci tur

Cəmiyyət
12 sentyabr 2026, 11:52

Qubada dağ yəhudiləri 5787-ci ili qarşılayırlar – Roş ha-Şana qeyd olunur

İdman
12 sentyabr 2026, 11:12

"Zaqatala"dan qonaqlara 3 cavabsız qol – VİDEO

Cəmiyyət
12 sentyabr 2026, 10:24

İsmayıllıdan olan şəhid leytenant Elnur Səmədovun döyüş yolu

Cəmiyyət
12 sentyabr 2026, 09:18

Qusarda dövlət bayraqlarına 12 min manatdan çox pul xərclənəcək

Oxşar xəbərlər