top
İsmayıllıda 33 yaşlı kişi arvadını boğmaq istədi —TƏFƏRRÜAT
14 fevral 2025, 16:41
- ↺ +

İsmayıllıda 33 yaşlı kişi arvadını boğmaq istədi —TƏFƏRRÜAT

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

İsmayıllı rayonunda 33 yaşlı Elçin şəxsi münasibətlər zəminində yaranan mübahisə zamanı həyat yoldaşı Xumara (adlar şərtidir – red.) xəsarət yetirib.

Demokrat.az-ın məlumatına görə, hadisə 5 mart 2024-cü ildə baş verib. Elçin həmin gün, saat 21:00 radələrində orta sərxoş vəziyyətdə kirayədə qaldığı evə qayıdıb. Mətbəxdə Xumara onun icazəsi olmadan tək digər kəndə getməsinə irad tutub. Sonra cütlük arasında qısqanclıq zəminində  mübahisə yaranıb və o, masanın üzərindən mətbəx bıçağını götürərək bir dəfə həyat yoldaşının sağ qoluna vurub.

Bundan sonra Elçin arvadını itələyərək çarpayının üzərinə yıxıb. Onun boğaz nahiyəsindən bir əlli tutub sıxıb, digər əli və ayağı ilə qadının sifətindən və bədəninin müxtəlif nahiyələrindən bir neçə dəfə zərbə endirib.

Hadisəni törədən Elçinin barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa xəsarət yetirmə) maddəsi ilə ittiham elan edilib.

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Elçin ona elan olunan ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, arvadı Xumar ilə 2016-cı ildə rəsmi nikah əsasında ailə həyatı qurub, birgə nikahdan 2017-ci il təvəllüdlü Vüsal, 2020-ci il təvəllüdlü Əsmər və 2022-ci il təvəllüdlü Mahir adlarında üç uşağı var: “Əvvəllər İsmayıllının bir kəndində yaşamışam. Sonradan isə müəyyən ailədaxili mübahisələr səbəbindən rayonun digər kəndinə köçdüm və orada kirayə ev tutub yaşamağa başladıq”.

Təqsirləndirilən şəxs qeyd edib ki, 2024-cü ilin fevral ayının əvvəllərində işləmək üçün Bakı şəhərinə gedib: “Həmin ilin martın 5-də, günorta saatlarında Xumara zəng edərək İsmayıllı rayonuna gələcəyimi dedim. Bu zaman Xumar inkubatora yumurta vermək üçün başqa bir kəndə getdiyini bildirdi. Mən Xumara məni gözləməyini desəm də, o, israrla yumurtaları apararaq verəcəyini bildirdi. Bu hal isə məni olduqca əsəbiləşdirdi”.

Elçinin ifadəsinə görə, həmin gün saat 19:00 radələrində İsmayıllı rayonuna çatıb, tanımadığı kafelərin birində spirtli içki qəbul edərək sərxoş vəziyyətdə evə gəlib. Saat 21:00 radələrində arvadı Xumardan hansı səbəbdən onun sözündən çıxararaq Qurbanəfəndi kəndinə getdiyini soruşub: “Xumarın “əcəb eləmişəm, yumurta aparıb vermişəm, pis iş görməmişəm ki?” cavabına əsəbiləşdim. Stolun üzərindən mətbəx bıçağını götürdüm və qorxutmaq məqsədi ilə Xumara tərəf tutdum. Bu zaman Xumar hərəkətli olduğundan bıçaq onun sağ qolundan dəydi. Əsəblərim sakitləşmədiyindən Xumarın sifət nahiyəsindən də sillə ilə bir-iki dəfə vurdum. Bundan sonra evdən çölə çıxdım, bıçağı kənd ərazisində məişət tullantıları atılan qaba ataraq evə qayıtdım və yatdım. Bir müddət sonra polis əməkdaşları yaşadığım evə gəldi. Məni və Xumarı İsmayıllı rayon Mərkəzi xəstəxanasına gətirdilər. Xəstəxanada Xumara tibbi yardım göstərildi. Mən isə polis şöbəsinə gəldim”.

İş üzrə zərərçəkmiş qismində ifadə verən Xumarın sözlərinə görə, Elçin spirtli içkilərə aludə olduğundan aralarında mütəmadi ailədaxili münaqişələr baş verib: “Bu səbəbdən İsmayıllı rayonunun kəndində yerləşən atamın evinə qayıdaraq orada qaldım. 2023-cü ilin sentyabr ayının axırlarında İsmayıllı rayonunun digər kəndində kirayə ev tutduq. Elçin azyaşlı uşaqları da gətirdi və bir yerdə yaşamağa başladıq. Buna baxmayaraq Elçin mənimlə yenə də mübahisə etməyə başladı, uşaqlarıma görə dözərək yaşadım”.

Xumar qeyd edib ki, hadisədən sonra mobil telefonu götürərək həyətə düşüb: "Yaşadığımız kəndin sahə polis nəfərinə zəng edərək məlumat verdim. Sonra ərizə ilə polis şöbəsinə müraciət etdim”.

Bu cinayət işinə İsmayıllı Rayon Məhkəməsində baxılıb. Məhkəmə təqsirləndirilən şəxsin zərərçəkmişlə barışmasını, zərərçəkmiş şəxsin ondan şikayətçi olmadığını nəzərə alıb. Bu səbəbdən Elçinin barəsində olan cinayət təqibinə xitam verilib. O, cinayət məsuliyyətindən azad edilib.

Son xəbərlər

Cəmiyyət
Bu gün, 00:01

Vətən müharibəsinin 36-cı günü: XRONİKA

Hadisə
Dünən, 20:38

Anbardar iş adamını aldatdı - 1 milyon manatlıq dələduzluq

Cəmiyyət
Dünən, 19:38

Qusarlı şagird beynəlxalq yarışmada qızıl medal qazandı

Cəmiyyət
Dünən, 18:36

Şəhidlərin xatirəsinə minlərlə addım: Şəhid nəvəsi Qubadadır

Hadisə
Dünən, 18:00

İsmayıllıda oğul içkili atasını öldürdü

Cəmiyyət
Dünən, 17:20

MKA "Apple" cihazlarında təhlükəsizlik boşluğu ilə bağlı istifadəçilərə növbəti dəfə xəbərdarlıq edib

İdman
Dünən, 16:30

Zaqatalalı idmançı ikiqat Avropa çempionu oldu

Cəmiyyət
Dünən, 15:37

Palçığa batan kənd: Bu yoldan kim keçə bilər?

Cəmiyyət
Dünən, 14:45

Zaqatalada qaz olmayacaq

Hadisə
Dünən, 14:00

Şəkidə icra nümayəndəsi bələdiyyə sədrinin başına butulka çırpdı

Cəmiyyət
Dünən, 13:06

Qubanın məşhur alması təhlükədə: Fermerlər minlərlə manat zərərdədir

Cəmiyyət
Dünən, 12:38

Qubada bu məktəb və bağçaların adları dəyişdirilib

Hadisə
Dünən, 11:41

Bakı-Quba yolunda ağır qəza: avtomobil aşdı

Cəmiyyət
Dünən, 11:01

Şahdağa qar yağıb

Cəmiyyət
Dünən, 10:25

SHXÇDX rəisi Qəbələdə vətəndaşları qəbul edəcək

İdman
Dünən, 09:31

"Qəbələ" "Qarabağ"la üz-üzə gələcək

Hadisə
Dünən, 00:01

Vətən müharibəsinin 35-ci günü: XRONİKA

İqtisadiyyat
30 oktyabr 2026, 17:51

Qəbələ və Ağsuda iri su layihələri həyata keçirilir - FOTO

Faydalı
30 oktyabr 2026, 17:47

Dövlətdən dəstək alan Vətən müharibəsi iştirakçısı Qubada biznesini genişləndirib

Bütün xəbərlər
30 oktyabr 2026, 16:53

Şəkidə avtomobil aşdı

Cəmiyyət
30 oktyabr 2026, 16:20

"Shimal.News" yazdı, qurumlar hərəkətə keçdi

Faydalı
30 oktyabr 2026, 15:21

Bakı-Balakən qatarı BU TARİXDƏN yenidən fəaliyyətə başlayır

Kriminal
30 oktyabr 2026, 14:21

Qaxda silsilə oğurluq edən şəxs tutulub

Cəmiyyət
30 oktyabr 2026, 14:00

Noyabrda Şimalın havası necə olacaq?

Oxşar xəbərlər