İsmayıllıda akademik Zərifə Əliyevanın doğum günü ilə əlaqədar tədbir keçirilib. Bu haqda ShimalNews 27 aprel tarixində məlumat verir.
Mədəniyyət Mərkəzində baş tutan mərasimdə RİH əməkdaşları, idarə,müəssisə rəhbərləri, rayonun ictimai fəalları, ziyalılar iştirak ediblər. Qonaqlar üçün Zərifə Əliyevanın həyatına həsr olunmuş sərgiyə baxış keçirilib, film nümayiş edilib.
Tədbiri giriş sözü ilə açan RİH başçısının müavini Sevil Əhmədova oftalmologiya elminə böyük töhfələr vermis akademik Zərifə Əliyevanın zəngin elmi irsindən və fəaliyyətinin müxtəlif dövrlərindən bəhs edib.