İsmayıllı rayonunda şagirdlərə narkomaniyanın fəsadları barədə məlumat verilib. Bu haqda ShimalNews 2 may tarixində məlumat verir.
"Narkomaniyaya “Yox” deyək, sağlam böyüyək" mövzusunda təşkil edilən maarifləndirici tədbir İsmayıllı rayon Soltankənd kənd tam orta məktəbində baş tutub. Yeniyetmələr və gənclər, həmçinin "Məişət zorakılığı" mövzusu ilə tanış olublar.
Sonda videoçarx nümayiş etdirilib.