İsmayıllı və Qubadan olan şagirdlər keçiriləcək layihədən yararlana bilərlər. Bu barədə ShimalNews 20 iyul tarixində Dövlət Məşğulluq Agentliyinə istinadən məlumat verir.
İyulun 21-i və 24-ü, avqustun 4-ü “Səyyar məsləhət” layihəsi həyata keçiriləcək. Rayon üzrə agentliyin filialında karyera məsləhətçiləri görüş keçirəcəklər. Onlar gənclərə ixtisas seçimi və karyera planlaması ilə bağlı öz tövsiyələrini verəcəklər.