İsmayıllıdan olan Azərbaycan Memarlıq və İnşaat Universitetinin Ali riyaziyyat kafedrasının müdiri, fizika-riyaziyyat elmləri doktoru professor Fuad Lətifov 69 yaşında vəfat edib. Bu barədə ShimalNews 19 iyul tarixində məlumat verir.
Bir neçə nəslin müəllimi olmuş Fuad Lətifov 2012-ci ilin sentyabrından AzMİU-nun Ali riyaziyyat kafedrasının müdiri vəzifəsində işləyib. Ötən bu müddət ərzində o, kafedranın tədris proqramlarının, dərslik və dərs vəsaitlərinin hazırlanmasında mühüm işlər görüb, bir çox elmi konfransların keçirilməsinin təşkilatçısı və təşəbbüskarı olub.