Elm və təhsil naziri İsmayıllı sakinlərinin qəbulunu keçirəcək. Bu haqda 31 iyul tarixində ShimalNews quruma istinadən xəbər verir.
Vətəndaşlarla görüş avqustun 23-də Şamaxı şəhərində baş tutacaq. Qəbulda Emin Əmrullayev İsmayıllı, Ağsu, Şamaxı və Qobustan rayon sakinlərini narahat edən məsələləri dinləyəcək.
Görüşdə iştirak etmək istəyən şəxslər avqustun 15-i saat 18:00-dək nazirliyin çağrı mərkəzinin 146-6 nömrəli telefonuna zəng etməklə və ya +994 51 206 78 48 mobil nömrəli “WhatsApp” vasitəsilə qəbula yazıla bilərlər.