İsmayıllı sakini düşdüyü durumla bağlı ona köməklik göstərilməsini istəyir.
Xezerxeber.az-ın məlumatına görə, Əfrail Səfərovun adına 700 manat cərimə gəlib.
Vətəndaş bildirib ki, tənbehin ödənmə vaxtı keçdiyindən məbləğin üzərinə dəbbə pulu da yığılır. O, polisə müraciət edib. Məlum olub ki, onun adında tanımadığı avtomobilə dair etibarnamə var.
Ə.Səfərov bildirib ki, onun şəxsiyyət vəsiqəsi 2023-cü ildə kiminsə əlinə keçib və ona vəkalət açılıb.
Məsələyə Baş Dövlət Yol Polisi İdarəsindən də münasibət bildirilib. Vətəndaş isə ona köməklik olunmasını gözləyir.