İsmayıllı şəhərinin hazırlanmaqda olan yeni Baş Planının layihəsi müzakirə edilib.
Shimal.News xəbər verir ki, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev İsmayıllıya səfər edib. O, icra başçısı Nahid Bağırovla məhsuldar görüş keçirib.
Müzakirələr küçə-yol şəbəkəsinin yenilənməsi, müasir şəhər mühitinin və memarlıq simasının formalaşdırılması mərhələləri ilə bağlı olub.