İsmayıllı şəhər 5 nömrəli tam orta məktəbin X sinif şagirdi “Qərbi Azərbaycana qayıdış” olimpiadasında bürünc medal qazanıb. Bu barədə ShimalNews 25 iyun tarixində xəbər verir.
Yarışmanın final mərhələsi Naxçıvanda keçirilib. Vüsal Abdullayev 36 nəfər arasında III yerə layiq görülüb, diplom və hədiyyə qazanıb.