İsmayıllı Rayon Mərkəzi Xəstəxanasında həkim pediatr və ailə həkimi-pediatr, terapevtlərdən ibarət briqadalar yaradılıb. Bu haqda ShimalNews 1 may tarixində məlumat verir.
Məqsəd rayonun bütün yaşayış məntəqələrində yaşayan əhaliyə göstərilən tibbi xidmətə, o cümlədən uşaqların profilaktik peyvənd işlərinə və azyaşlı uşaqlar, hamilə və zahı qadınlar üçün ev ziyarəti xidmətinə nəzarəti gücləndirməkdir.
Yaradılan briqadalar qrafik əsasında Ailə Sağlamlıq Mərkəzinə yaxın olan həkim və tibb məntəqələrinə təhkim olunurlar.