İsmayıllının icra başçısı Nahid Bağırov vətəndaşları səyyar qəbulda dinləyib. Bu barədə ShimalNews 25 iyul tarixində məlumat verir.
Qubaxəlilli kəndində sakinlərin müraciətləri dinlənilib, araşdırma tələb edən məsələlər qeydiyyata alınaraq, həlli üçün müvafiq tapşırıqlar verilib. Müxtəlif məsələlərlə bağlı müraciətlərin, ərizə və şikayətlərin müsbət həll olunması üçün tədbirlər görülüb, müvafiq tapşırıqlar verilib.