İsmayıllıda Rayon İcra Hakimiyyəti (RİH) tərəfindən vətəndaşların müraciətləri dinlənilib. Bu barədə ShimalNews 17 may tarixində xəbər verir.
Səyyar qəbul Mollaisaqlı kəndində keçirilib. Sakinlər görüş zamanı müxtəlif məsələlərlə bağlı müraciət ediblər. Onların ərizə və şikayətlərinin müsbət həll olunması üçün tədbirlər görülüb, müvafiq tapşırıqlar verilib.