İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Nahid Bağırov sakinlərlə görüş keçirib. Bu haqda ShimalNews 15 avqust tarixində məlumat verir.
Qəbulda rayonun idarə, müəssisə və digər xidmət təşkilatlarının rəhbərləri iştirak ediblər. Sakinlərin qaldırdıqları müraciətlər dinlənilib. Aidiyyəti şəxslərə məsələlərin operativ həll edilməsi tapşırılıb.