İsmayıllı Rayon İcra Hakimiyyəti müsabiqə elan edir. Bu haqda ShimalNews 19 iyul tarixində məlumat verir.
Müsabiqənin məqsədi rayonun giriş hissəsində quraşdırılan lövhənin layihəsini ərsəyə gətirməkdir. Layihədə rayonun tarixi, mədəiyyəti, coğrafi mövqeyi əsas götürülməlidir.
Təkliflər 10 avqustadək qəbul ediləcək. Hazır təqdimatları [email protected] electron poçt ünvanına və +994 55 677 33 66 mobil nömrəsində qeydə alınmış “Whatsapp” sosial şəbəkəsi vasitəsilə göndərmək lazımdır.
Müsabiqədə ən yaxşı layihə seçilərək, ilk üç yerin qalibinə mükafat təqdim ediləcək.