İsmayıllı Rayon İcra Hakimiyyəti başçısı Nahid Bağırov 2 kəndin İnzibati Ərazi Dairələrinə nümayəndələr təyin edib.
Shimal.News xəbər verir ki, əmrə əsasən, ümumi müsahibədən müvəffəqiyyətlə keçmiş Fərid Əhmədov RİH başçısının Xanagah kənd İƏD üzrə nümayəndəsi vəzifəsini, Şamo Nuğayev isə RİH başçısının Diyallı kənd İƏD üzrə nümayəndəsi vəzifəsini icra edəcək.