İsmayıllıda oduncaq tədarükü ilə əlaqədar ictimai dinləmələr keçirilib. Bu haqda ShimalNews 6 avqust tarixində məlumat verir.
Tədbirin təşkil edilməsində məqsəd qışa hazırlıqdır. Şəffaflığın təmin olunması, ictimai nəzarətin həyata keçirilməsi məqsədilə ictimai fəalların, kənd sakinlərinin iştirakı ilə keçirilən ictimai dinləmələrdə qırma sahələrinin ayrılması, oduncaq tədarükü və satışının həyata keçirilməsi qaydaları haqqında ətraflı məlumat verilib.