İsmayıllıda xalçaçı ixtisası üzrə dual təhsil proqramı əsasında tələbə qəbulu elan edilib. Bu haqda ShimalNews 15 iyul tarixində məlumat verir.
Xalçaçı ixtisası üzrə Dual Təhsil proqramı İsmayıllı Dövlət Peşə Təhsil Mərkəzi ilə "Xoşbəxt-xalça" MMC və "Azərxalça" ASC-nin İsmayıllı filialı arasındakı qarşılıqlı əməkdaşlıq əsasında baş tutacaq.
Təhsil 1 il davam edəcək. Tələbələrə dövlət təqaüdü təqdim ediləcək.