İsmayıllıda H.Əliyevin anadan olmasının 101-ci ildönümü ilə əlaqədar abadlaşdırma kampaniyası keçirilib. Bu haqda ShimalNews 3 may tarixində məlumat verir.
Tədbir Olimpiya İdman Kompleksinin ərazisində Dağlıq Şirvan Regional Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə baş tutub. İdarə əməkdaşları və bir qrup gənclər tərəfindən ərazidə yerləşən və yeni əkilmiş ağacların suvarılması işləri aparılaraq, ağaclara qulluq göstərilib.
Kampaniyanın keçirilməsində məqsəd ətraf mühitin qorunması, rayonun simasının daha da gözəlləşməsi və müasirləşməsi olub.