Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Vüsal Nəsirli İsmayıllıda sakinləri qəbul edib. Bu haqda ShimalNews 26 aprel tarixində məlumat verir.
Nəsirli görüşdə iştirak edən şəhid ailələrinin üzvləri və müharibə veteranlarının sosial vəziyyəti ilə maraqlanıb. Qəbul zamanı vətəndaşların nazirliyin səlahiyyət dairəsinə aid müraciətləri cavablandırılıb, müraciətlərdə əksini tapan məsələlərin həlli ilə əlaqədar tədbirlər görülüb.