İsmayıllı rayonunda vətəndaşların səyyar qəbulu keçirilib. Bu haqda ShimalNews 24 iyul tarixində məlumat verir.
İcra başçısı Nahid Bağırov rayonun idarə, müəssisə və digər xidmət təşkilatlarının rəhbərləri ilə birgə rayon sakinlərinin müraciətlərini dinləyib.
Qəbulda iştirak edən sakinlərin qaldırdıqları məsələlərin həlli üçün tapşırıqlar verilib.