İsmayıllı rayonunda vətəndaşların səyyar qəbulu keçirilib. Bu haqda ShimalNews 18 iyul tarixində məlumat verir.
İcra başçısı Nahid Bağırov rayonun idarə, müəssisə və digər xidmət təşkilatlarının rəhbərlərinin iştirakı ilə növbəti dəfə rayon sakinlərini qəbul edib, müraciətlərini dinləyib.
Qəbulda iştirak edən sakinlərin qaldırdıqları bütün məsələlərin həlli üçün tapşırıqlar verilib.