İsmayıllı rayonu rəhbərliyi tərəfindən Sufayi Mahmudovanın qayğıları öyrənilib. Bu haqda ShimalNews 9 iyul tarixində xəbər verir.
İcra başçısı Nahid Bağırov Milli Qəhrəman Ərəstun Mahmudovun anasını ziyarət edib. Onun qayğıları ilə maraqlanıb, səhhətindəki problemlərlə əlaqədar aidiyyəti quruma müvafiq tapşırıqlar verilib.