İsmayıllı-Qəbələ avtomobil yolunda torpaq sürüşməsi baş verib. Bu barədə ShimalNews 9 may tarixində məlumat verir.
Gecədən başlayaraq yağan güclü leysan fəsadlar yaradıb. Magistral yolun kanallarında aşınmalar yaranıb. Hal-hazırda da təhlükəli vəziyyət davam edir. Nəqliyyat vasitələri isə hərəkətini davam edir.
Artıq bərpa işlərinə başlanılıb. Eləcə də çayların hövzələrinin təmizlənməsinə başlanılıb.