İsmayıllı rayonunun Lahıc qəsəbəsində yanğın hadisəsi qeydə alınıb. Bu haqda ShimalNews 28 iyun tarixində məlumat verir.
Ümumi sahəsi 21 kv.m olan təndirxananın dam örtüyü yanıb, yaxınlıqda olan inzibati binanın plastik pəncərə çərçivəsi əriyib.
Əraziyə Fövqəladə Hallar Nazirliyinin yanğından mühafizə bölmələri cəlb olunub. Alov söndürülüb.