İsmayıllının icra başçısı Nahid Bağırov vətəndaşları səyyar qəbulda dinləyib.
ShimalNews xəbər verir ki, görüş Kəlfərəc kəndində keçirilib. Səyyar qəbullar zamanı sakinlərin müxtəlif məsələlərlə bağlı müraciətləri, ərizə və şikayətlərinin müsbət həll olunması üçün tədbirlər görülür, müvafiq tapşırıqlar verilib.
Daha öncə, İcra Hakimiyyətinin binasında baş tutan qəbul haqda məlumat vermişdik.