İsmayıllı rayonunda gənc gimnastlar "Gimnastika hamı üçün" devizi altında məşğələrə qatılıblar. Bu haqda ShimalNews 15 aprel tarixində məlumat verir.
İdman tədbiri OİK-də Şəfiqə Eyvazlının rəhbərliyi altında baş tutub. Məşğələnin keçirilməsində məqsəd sağlam həyat tərzinin təbliğ olunması ilə yanaşı uşaq, yeniyetmə və gənclərin asudə vaxtlarının səmərəli təşkilindən ibarət olub.