İsmayıllıda stolüstü tennis üzrə rayon turniri keçirilib. Bu haqda ShimalNews 6 iyul tarixində məlumat verir.
Olimpiya İdman Kompleksində baş tutan tədbir Gənclər və İdman İdarəsinin yaradılmasının 30 illiyinə həsr olunub. Yarışın keçirilməsində əsas məqsəd həvəskarlar arasında stolüstü tennis idman növünün kütləviliyinin artırılmasıdır.
Sonda qaliblər müvafiq diplomlarla təltif ediliblər.