İsmayıllıdan olan gənclər "Yaşıl Dünyada Steam" festivalında layihələrini uğurla təqdim ediblər. Bu haqda ShimalNews 14 iyun tarixində məlumat verir.
Dövlət Peşə Təhsil Mərkəzinin "Veb dizayner və proqram təminatı" yüksək peşə ixtisas qrupunun tələbələri Səid Ağaməmmədli, Fikrət İsayev və ixtisas fənn müəllimi Elvin Qasımov "Ağıllı körpü" layihəsi ilə 2-ci yerə layiq görülüblər.