top
İraqda başından vurulan, 17 il sonra şəhid statusu verilən xaçmazlı - FOTO
13 fevral 2025, 12:18
- ↺ +

İraqda başından vurulan, 17 il sonra şəhid statusu verilən xaçmazlı - FOTO

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Azərbaycanın İraqdakı Sülhməramlı Qüvvələrinin tərkibində xidmət edən və həlak olan azərbaycanlı Rəfail Ağayevə 17 ildən sonra şəhid statusu verilib.

Bu barədə şəhidin qardaşı Səbuhi Ağayev Musavat.сom-a məlumat verib.

O bildirib ki, qardaşı Rəfail Ağayev 1988-ci ildə Xaçmaz rayonunda anadan olub:

“O, 2007-ci ilin yanvar ayında həqiqi hərbi xidmətə çağırılıb. 6 ay Bakıda hərbi hissədə xidmət etdikdən sonra onu İraqa 1 illik sülhməramlı qoşunun tərkibində xidmət etmək üçün göndəriblər. Rəfail İraqda xidmətini bitirməyə 4 gün qalmış, 2008-ci ildə postda olarkən başından aldığı güllə yarasından həlak olub.

Qardaşım Amerika və İraq səfirliyinin nümayəndələrinin iştirakı ilə dəfn edildi. Onun adı kənd məktəbimizə verildi. Lakin təəssüflər olsun ki, biz uzun müddət Rəfailə şəhid statusunun verilməsi üçün mübarizə apardıq. Aidiyyəti qurumlar bizə deyirdilər ki, bu, qanunvericilikdə yoxdur, onlara şəhidlik statusu düşmür.

Qanunvericilikdə göstərilir ki, şəhid statusu Azərbaycan respublikasının ərazi bütövlüyü, azadlığı və suverenliyi uğrunda həlak olan şəxslərə verilir. Bununla bağlı dəfələrlə yazılı formada bildirirdim ki, qardaşım dövlətimizin suverenliyi uğrunda, onun xarici hərbi siyasətini yerinə yetirərkən şəhid olub. Aidiyyəti qurumlar isə bizimlə razılaşmırdılar. Buna görə də məhkəmədə iddia qaldırdım, iddiamız təmin olundu. Beləliklə, qardaşım Azərbaycanın ilk və tək suveren, beynəlmiləl şəhidi oldu. Xarici ölkədə şəhid olan ilk hərbi qulluqçumuzdur. Məhkəmə iddiamızı bu ilin yanvar ayının 31-də təmin etdi.

İraqda xidmətdə olarkən hər ayın sonu 1-2 dəqiqə danışırdıq. Sonuncu dəfə ölümünə 1 ay qalmış danışdıq. Döyüş yoldaşları danışırdı ki, postda olarkən qəfil atəş açılıb, qardaşım vurulub. Ona ilkin tibbi yardım göstəriblər, sonra helikopterlə xəstəxanaya aparılıb, lakin həyatını qurtarmaq mümkün olmayıb”.

 

 

 

Son xəbərlər

Cəmiyyət
Bu gün, 09:29

Şimal bölgəsində qar: kəndlər ağ örpəyə büründü

Bütün xəbərlər
Bu gün, 09:04

Mehriban Əliyeva sosial şəbəkə hesabında Bayraq Günü münasibətilə paylaşım edib

Bütün xəbərlər
Bu gün, 00:05

Bu gün Azərbaycanda Dövlət Bayrağı Günüdür

Bütün xəbərlər
Bu gün, 00:01

Vətən müharibəsinin 44-cü günü – XRONİKA

Cəmiyyət
Dünən, 22:36

Ərdoğan Şuşada Bəxtiyar Vahabzadənin şeirini səsləndirdi

Cəmiyyət
Dünən, 15:12

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana rəsmi səfərə gəlib

Cəmiyyət
Dünən, 15:06

Prezident İlham Əliyev Zəfər Günü münasibətilə Azərbaycan xalqını təbrik edib

Bütün xəbərlər
Dünən, 00:05

Bu gün 8 Noyabr - Zəfər Günüdür!

Bütün xəbərlər
Dünən, 00:01

Vətən müharibəsinin 43-cü günü – XRONİKA

İqtisadiyyat
07 noyabr 2026, 17:59

Gübrə bahalaşır: fermerləri və ərzaq bazarını hansı risklər gözləyir?

İqtisadiyyat
07 noyabr 2026, 17:43

Qəbələnin iqtisadiyyatında musiqi alətləri istehsalının da yer aldığını bilirdinizmi?

Cəmiyyət
07 noyabr 2026, 16:27

Qubanın Çinarlı kəndində yük maşınları sakinləri narahat edir

Cəmiyyət
07 noyabr 2026, 16:06

Şimalda evi isitmək neçəyə başa gəlir? - SHİMAL.NEWS-un ARAŞDIRMASI

Cəmiyyət
07 noyabr 2026, 15:51

Səfura Əliyeva "Qabaqcıl təhsil işçisi" döş nişanına layiq görülüb

Hadisə
07 noyabr 2026, 14:19

Bakı-Şamaxı yolunda qəza: ölən və yaralanan var

Cəmiyyət
07 noyabr 2026, 13:00

Qarın hündürlüyü 5 santimetrə çatıb - Şimalda faktiki hava

Cəmiyyət
07 noyabr 2026, 12:08

Qaxda qatı duman və yağış müşahidə olunur - VİDEO

İqtisadiyyat
07 noyabr 2026, 11:30

Turizm biznesi üçün əlavə vergi güzəştləri təklif olunur

Cəmiyyət
07 noyabr 2026, 10:31

Qaxda Zəfər Günündə konsert və atəşfəşanlıq olacaq

Cəmiyyət
07 noyabr 2026, 10:07

Yalançı "İsmayıllı şoru" aşkarlandı – Müəssisənin fəaliyyəti dayandırıldı

Cəmiyyət
07 noyabr 2026, 09:40

Qubada Səməd Vurğunun 120 illiyi qeyd olunub - FOTO

Cəmiyyət
07 noyabr 2026, 09:07

"Onların Mehdisi, bizim Mixaylomuz" - Oğuz və İsmayıllıda çəkilişi aparılan film

Bütün xəbərlər
07 noyabr 2026, 00:01

Vətən müharibəsinin 42-ci günü – XRONİKA

İqtisadiyyat
06 noyabr 2026, 17:12

Şimalda sertifikatlı toxum satışına başlanılır

Oxşar xəbərlər