top
İntihar məktubunda adı çəklən şəxs həbs edildi
13 mart 2025, 09:45
- +

İntihar məktubunda adı çəklən şəxs həbs edildi

2023-cü ildə İsmayıllıda 40 yaşlı Gülsüm Osmanovanın (şərti ad-soyadlı) intiharına görə barəsində cinayət işi açılan Elxan Şıxıyev həbs edilib.

Qafqazinfo.az-ın məlumatına görə, 36 yaşlı E.Şıxıyev Cinayət Məcəlləsinin 125, 157.2 və 221.2.2-ci maddələri (Özünü öldürmə həddinə çatdırma, mənzil toxunulmazlığını pozma, xuliqanlıq) üzrə təqsirli bilinib.

Araşdırmalar zamanı məlum olub ki, Gülsüm və Elxan arasında münasibət 2011-ci ildən yaranıb. Gülsümün azyaşlı övladları Elxanın müəllim işləyən anasının yanına hazırlığa gediblər. Həyat yoldaşının işlə əlaqədar evə aylarla gəlmədiyini bildirən qadınla Elxan arasında həmin vaxt münasibət yaranıb və təxminən 10 ildən artıq davam edib. Amma sonradan onların münasibəti pozulub. Gülsüm evli olan Elxandan ayrılmaq istədiyini deyəndə isə kişi qadını bir neçə dəfə döyüb, onun İsmayıllıda işlədiyi yerə gedərək başqa şəxslərin gözü qarşısında zərbələr endirib. Həmin vaxt Gülsüm küçəyə çıxıb qaçsa da, Elxan onu təqib edərək mindiyi maşından zorla düşürüb və ictimai yerdə yenidən fiziki şiddət göstərib.

Qadın həmin gün baş verən hadisə ilə bağlı İsmayıllı Rayon Polis Şöbəsinə məlumat verib və izahat vermək üçün polis şöbəsinə dəvət edilib.

Lakin Gülsüm ailəli olduğu halda digər şəxslə qeyri-rəsmi münasibətlərinin aşkara çıxmasını istəməyib, yaşadığı İsmayıllı rayonundakı evdə özünü asıb.

Hadisədən sonra Gülsümün yazdığı son məktub da tapılıb:

“Ölüm səbəbim Elxandır, məni təhdid etdiyindən... Başqa heç kim günahkar deyil. Ailəm, məni bağışlayın, üzünüzə daha baxa bilmirəm. İş yerimə gəlib basdı. Sizi çox sevirəm. Əlvida”.

Kağızın arxa hissəsinə isə “Müştərilərim buna şahiddir ki, zorla qolumdan dartıb çıxardı”, - sözləri də qeyd edilib.

İstintaq zamanı, həmçinin məlum olub ki, Elxan Gülsümün intiharından 2 gün sonra gecə saat 23:00 radələrində içkili vəziyyətdə onun yaşadığı evə gedib. Gülsümün ölüm xəbərinə inanmadığı üçün evə girərək onu görmək istəyib. Bu zaman evdə yas mərasiminə yığışmış şəxslər Elxanı tutublar və polisə təhvil veriblər.

Məhkəmədə mərhumun ailəsi Elxanın həbs edilməsini və ağır cəzaya məhkum olunmasını tələb edib. Lakin o, ibtidai və məhkəmə istintaqı müddətində polis nəzarəti altında olmaqla sərbəst buraxılıb.

İsmayıllı Rayon Məhkəməsinin hökmü ilə Elxana 6 il 6 ay həbs cəzası verilib və o, məhkəmə zalındaca həbs olunub.

Son xəbərlər

Cəmiyyət
Dünən, 17:55

Qubada yola yamaq vurdular, amma dağılan hissə təmirsiz qaldı

Cəmiyyət
Dünən, 16:44

"Şəki Yaylası" faciəsində yeni detal: Qoruyucu ilə bağlı suallar yaranıb

Cəmiyyət
Dünən, 16:00

Xaçmaz və Qubanın bir sıra kəndlərində qaz olmayacaq

Kriminal
Dünən, 15:00

Şabranda vandalizm hadisələri baş verir, qədim qəbirlər qazılır

Cəmiyyət
Dünən, 14:05

Xaçmazda qəhvəyi mərmər bağacığına qarşı maarifləndirici görüşlər keçirilib

İqtisadiyyat
Dünən, 13:10

Şimalın 5 rayonunda neft qaz axtarışı aparılacaq

İqtisadiyyat
Dünən, 12:10

Prezident Administrasiyasının əməkdaşı Xudatda baxış keçirib

Cəmiyyət
Dünən, 11:28

Xaçmazda bu yolda 8 kilometr məsafəni qət etmək 40 dəqiqə çəkir

Cəmiyyət
Dünən, 10:42

Zaqatalada şəhid ailəsi ziyarət edilib, sakinlərin müraciətləri dinlənilib

Cəmiyyət
Dünən, 10:00

Şimallı igid şəhidlərimizin doğum günüdür

Hadisə
Dünən, 09:30

Qubada iki avtomobil toqquşdu – FOTO

Cəmiyyət
13 sentyabr 2026, 10:19

Qaxın dağlar qoynunda gizlənən qədim kəndi – Sarıbaş

İdman
12 sentyabr 2026, 18:02

Xaçmazda kənd stadionu yenilənərək istifadəyə verildi

Cəmiyyət
12 sentyabr 2026, 17:20

Qubada II LCOY Azərbaycan 2026: Milli Gənclər Bəyanatı hazırlanır

Cəmiyyət
12 sentyabr 2026, 16:10

Qubada işıqfor sonrası tıxac: Sürücülər problemin həllini belə görür

Cəmiyyət
12 sentyabr 2026, 15:52

Xudatda yeni istiqamət lövhələri quraşdırılır

Cəmiyyət
12 sentyabr 2026, 15:35

Qubadan olan Milix Yevdayevə yüksək dövlət ordeni təqdim edildi

Cəmiyyət
12 sentyabr 2026, 14:44

Zaqatala xəstəxanasında yanğın təlimi keçirildi

İqtisadiyyat
12 sentyabr 2026, 13:54

Zaqataladakı heyvan bazarlarının fəaliyyətinə icazə verildi

İdman
12 sentyabr 2026, 12:53

"Qəbələ" Gəncədə, "Şamaxı" Sumqayıtda – Premyer Liqada 5-ci tur

Cəmiyyət
12 sentyabr 2026, 11:52

Qubada dağ yəhudiləri 5787-ci ili qarşılayırlar – Roş ha-Şana qeyd olunur

İdman
12 sentyabr 2026, 11:12

"Zaqatala"dan qonaqlara 3 cavabsız qol – VİDEO

Cəmiyyət
12 sentyabr 2026, 10:24

İsmayıllıdan olan şəhid leytenant Elnur Səmədovun döyüş yolu

Cəmiyyət
12 sentyabr 2026, 09:18

Qusarda dövlət bayraqlarına 12 min manatdan çox pul xərclənəcək

Oxşar xəbərlər